Bakıdakı finalın qalibi İtaliya klubuna keçir

Bakıdakı finalın qalibi İtaliya klubuna keçir İngiltərənin Çelsi klubunun futbolçusu Pedro Rodriges karyerasını İtaliyada davam etdirəcək.
Futbol
18 İyun , 2020 10:37
Bakıdakı finalın qalibi İtaliya klubuna keçir

İngiltərənin "Çelsi" klubunun futbolçusu Pedro Rodriges karyerasını İtaliyada davam etdirəcək. 

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu "Roma" klubuna keçəcək. İspaniyalı oyunçu London təmsilçisindən ayrılmaq niyyətindədir. Onun klubla müqaviləsi iyunun 30-da başa çatır. 

Qeyd edək ki, Pedro Rodriges 2015-ci ildən "Çelsi"nin formasını geyinir. Pedro bu müddətdə 201 oyuna 43 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Çelsi" ilə İngiltərə Premyer Liqasının, FA Kubokunun və finalı 2019-cu ildə Bakıda keçirilmiş Avropa Liqasının qalibi olub. Hücumçu İspaniya yığmasının heyətində 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu adını qazanıb. 

Son xəbərlər

Orphus sistemi