Bakıdakı finalda qalib olan "Çelsi"nin qapıçısı karyerasını başa vurub

Bakıdakı finalda qalib olan "Çelsi"nin qapıçısı karyerasını başa vurub Bakıda UEFA Avropa Liqasının qalibi olan İngiltərənin Çelsi komandasının qapıçısı Robert Qrin karyerasını başa vurub.
Futbol
31 May , 2019 18:05
Bakıdakı finalda qalib olan Çelsinin qapıçısı karyerasını başa vurub

Bakıda UEFA Avropa Liqasının qalibi olan İngiltərənin "Çelsi" komandasının qapıçısı Robert Qrin karyerasını başa vurub. 

"Report" xəbər verir ki, bu barədə 39 yaşlı qolkiper rəsmi "Twitter" hesabından məlumat verib. 

"Bakıda möhtəşəm bir axşam və 23 illik karyeramdan sonra futbolla vidalaşmağa qərar verdim. Bütün məşqçilərə və azarkeşlərə təşəkkür edirəm", - deyə ingiltərəli oyunçu bildirib.

Avropa Liqasının final oyunundan sonra "Arsenal"ın qapıçısı Petr Çex də karyerasını başa vurub.  

Qeyd edək ki, Robert Qrin "Çelsi"nin üçüncü qapıçısı olub. 2018-ci ilin yayında azad agent kimi London təmsilçisinə keçən qapıçı heç bir rəsmi qarşılaşmada iştirak etməyib. Qrin 12 dəfə İngiltərə millisinin də formasını geyinib. "Çelsi" Bakı Olimpiya Stadionundakı Avropa Liqasının final matçında "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib. 

Son xəbərlər

Orphus sistemi