Bakıdakı Avropa Liqası finalı dünyanın ən böyük ekranında nümayiş olunacaq

Bakıdakı Avropa Liqası finalı dünyanın ən böyük ekranında nümayiş olunacaq Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı dünyanın ən böyük ekranında nümayiş olunacaq.
Futbol
14 May , 2019 20:15
Bakıdakı Avropa Liqası finalı dünyanın ən böyük ekranında nümayiş olunacaq

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı dünyanın ən böyük ekranında nümayiş olunacaq. 

"Report" "championat.com" saytına istinadən xəbər verir ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı görüş Moskvada "Music Media Dome"nin ən böyük proyeksiya ekranında göstəriləcək. 

Avropa Liqasının finalı ilə yanaşı, həmin məkanda UEFA Çempionlar Liqasında İngiltərənin "Liverpul" və "Tottenhem" komandalarının da duelinə baxmaq olacaq. 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Çempionlar Liqasının finalı isə iyunun 1-də İspaniyanın paytaxtı Madriddə Vanda Metropolitano stadionunda olacaq. 

Son xəbərlər

Orphus sistemi