Bakıda tarixə düşən futbolçu: "Artıq təqaüdə çıxa bilərəm"

Bakıda tarixə düşən futbolçu: "Artıq təqaüdə çıxa bilərəm" Bu titulu qazanmaq möhtəşəm hissdir. Biz bunu haqq etdik. Artıq təqaüdə çıxa bilərəm.
Futbol
30 May , 2019 12:52
Bakıda tarixə düşən futbolçu: Artıq təqaüdə çıxa bilərəm

"Bu titulu qazanmaq möhtəşəm hissdir. Biz bunu haqq etdik. Artıq təqaüdə çıxa bilərəm".

"Report" xəbər verir ki, bunu İngiltərənin "Çelsi" komandasının futbolçusu Pedro Rodriges Avropa Liqasının Bakıda keçirilən finalında "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib. 31 yaşlı hücumçu bu turnirdə ilk cəhdə titula sahib olduğunu bildirib. 

O, final matçında qol vurduğu üçün xoşbəxt olduğunu deyib: "İndi bunu qələbəyə layiq olan azarkeşlərlə qeyd etməliyik. Finalda çox yaxşı oynadıq və qollar vurduq. Oyun ilk hissədə bərabər səviyyədə idi. İkinci yarıda isə topa nəzarət etdik və qol epizodları yaratdıq".

Qeyd edək ki, Pedro Rodriges final qarşılaşmasında komandasının ikinci qoluna imza atıb. O, tarixdə klub və milli üçün əsas sayılan bütün titulları qazanan yeganə futbolçu olub. Təcrübəli oyunçu İspaniya milli komandası ilə dünya və Avropa çempionluğunu, "Barselona" ilə Çempionlar Liqasını, UEFA Super kubokunu, klublararası dünya çempionluğunu qazanıb. İspaniyalı futbolçu Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokunun finalında fərqlənməyi bacaran futbolçu kimi də tarixə düşüb. 

Son xəbərlər

Orphus sistemi