Bakıda qol vuran futbolçu Ukrayna vətəndaşlığından imtina edib

Bakıda qol vuran futbolçu Ukrayna vətəndaşlığından imtina edib Bakı. 1 mart. REPORT.AZ/ Polşanın “Yagelloniya” klubunun futbolçusu Taras Romançuk Ukrayna pasportundan imtina edib.
Futbol
1 Mart , 2018 13:25
Bakıda qol vuran futbolçu Ukrayna vətəndaşlığından imtina edib

Bakı. 1 mart. REPORT.AZ/ Polşanın “Yagelloniya” klubunun futbolçusu Taras Romançuk Ukrayna pasportundan imtina edib.

“Report” “Sportowe Fakty” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Polşa vətəndaşlığını qəbul edib. O, qərarına bu cür şərh verib: “Polşa vətəndaşlığını qəbul etdiyim üçün sevinirəm. Bunu gözləməyə dəyərdi. 2014-cü ildə “Yagelloniya”ya keçəndə klubun vitse-prezidenti ilə söhbətimiz olmuşdu. Ona nənəmin burada doğulduğunu, Polşa kökənli olduğumu söyləmişdim. Onun sənədlərini tapdıq və bir il qabaq vətəndaşlıq almaq üçün sorğu göndərdim”.

Romançuk deyib ki, hazırda kapitanı olduğu “Yagelloniya”ya keçid onu Ukraynada hərbi xidmətə çağırılmaqdan xilas edib: “Məni çağıranda, müqaviləmin nüsxəsini valideynlərimə göndərdim. Onlar bunu məmurlara göstəriblər və bildiriblər ki, Polşada yaşayıram, burada daimi işim var. Bu səbəbdən, 5 illik möhlət aldım”.

Futbolçu Polşa himninin sözlərini öyrəndiyini söyləyib və bir ildən sonra Ukrayna pasportunu bərpa edəcəyini istisna etməyib. Hazırda Ukraynada ikili vətəndalşlıq qəbul olunmur.

Qeyd edək ki, “Yagelloniya” 2017/2018 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşıb. Azərbaycan təmsilçisi evdə 1:1 hesabı ilə heç-heçə etdiyi halda, səfərdə 2 cavabsız qolla qalib gəlib və növbəti mərhələyə yüksəlib. Hər iki oyunda 90 dəqiqə forma geyinən Romançuk Bakıdakı qarşılaşmanın 15-ci dəqiqəsində hesabı açıb. "Yagelloniya" həmçinin, qış fasiləsində Antalya toplanışı zamanı "Kəpəz"i 8:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi