Bakı. 31 yanvar. REPORT.AZ/ Aprelin 24-dən Bakıda AFFA tərəfindən UEFA-nın növbəti "Pro" kateqoriyalı məşqçi kursu start götürəcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, kurs 6 moduldan ibarət olacaq.
Kursda iştirak edəcək məşqçilər arasında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov və "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov da var. Kursa yazılan daha 9 məşqçi isə Elşad Əhmədov, Elçin Rəhmanov, Mik Bennet, Siyasət Əsgərov, Baba Əsgərov, Zaur Həşimov, Ramin Quliyev, Vüqar Məmməd və Mahmud Qurbanovdur.
Qeyd edək ki, kursa 2018-ci ildə yekun vurulacaq.