Bakıda məşqə çıxmayan "Olimpiakos" İstanbulda da eyni addımı atıb

Bakıda məşqə çıxmayan "Olimpiakos" İstanbulda da eyni addımı atıb Yunanıstanın "Olimpiakos" klubu Türkiyədə "Fənərbağça"ya qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup oyunu öncəsi məşqə çıxmaqdan imtina edib
Futbol
28 Sentyabr , 2021 17:31
Bakıda məşqə çıxmayan Olimpiakos İstanbulda da eyni addımı atıb

Yunanıstanın "Olimpiakos" klubu Türkiyədə "Fənərbağça"ya qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup oyunu öncəsi İstanbulda məşqə çıxmaqdan imtina edib.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, bu qərar komandanın baş məşqçisi Pedro Martinsin istəyilə qəbul olunub.

Portuqaliyalı mütəxəssis əlindəki bütün futbolçuların birlikdə məşq keçə bilməsindən ötrü bu addımı atıb. Çünki səfər matçlarında yalnız Avropa futbol qurumuna sifariş olunmuş müəyyən sayda oyunçu iştirak etməlidir. 51 yaşlı baş məşqçi komandadakı bütün futbolçulara şans vermək üçün son məşqin Pireydə olmasının tərəfdarıdır.

Bundan başqa, Martins oyun öncəsi son hazırlıq prosesində rəqib düşərgədən "casus" ola biləcəyindən ehtiyatlanır.

Qeyd edək ki, "Olimpiakos" "Neftçi"yə qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin səfər matçından öncə də analoji varianta əl atıb. Həmin vaxt "Bakcell Arena"nın ot örtüyünün yaxşı vəziyyətdə olmadığını əsas gətirən Pedro Martins Bakıdakı məşqi ləğv edib.

Hər iki oyunda "Olimpiakos"a 0:1 hesabı ilə uduzan "Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi