Slovakiya yığmasının baş məşqçisi: "Bakıda kim xal itirsə, onun problemləri olacaq"

Slovakiya yığmasının baş məşqçisi: "Bakıda kim xal itirsə, onun problemləri olacaq" Azərbaycanla oyun çox vacib olacaq. Bakıda kim xal itirsə, onun irəli getmə hədəfləri baxımından problemləri olacaq.
Futbol
28 May , 2019 16:18
Slovakiya yığmasının baş məşqçisi: Bakıda kim xal itirsə, onun problemləri olacaq

"Azərbaycanla oyun çox vacib olacaq. Bakıda kim xal itirsə, onun irəli getmə hədəfləri baxımından problemləri olacaq".

"Report"un məlumatına görə, bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal iyunun 11-də keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup oyunu barədə danışarkən deyib. 

50 yaşlı mütəxəssis bildirib ki, hamı bu amili beynində həkk etməlidir: "Hətta bu, mövsümdən sonrakı çox qeyri-münasib dövr olsa belə".

Hapal Azərbaycanla oyundan əvvəl İordaniya ilə yoldaşlıq görüşündə yığmaya dəvət etdiyi 29 futbolçudan ibarət geniş heyət üzvlərinə şans verəcəyini də diqqətə çatdırıb. Baş məşqçinin sözlərinə görə, bu, ilk növbədə, oyunçuları iş başında görmək, həm də Bakı səfəri öncəsi güc sərfiyyatına yol verməməkdir.

Qeyd edək ki, Slovakiya İordaniya ilə iyunun 7-də Trnavada, Azərbaycanla isə iyunun 11-də Bakıda qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi