​Bakıda keçirilən Avropa çempionatının ilk yarımfinalçısı müəyyənləşib

​Bakıda keçirilən Avropa çempionatının ilk yarımfinalçısı müəyyənləşib Portuqaliya yarımfinalda rəqibini gözləyir
Futbol
14 May , 2016 17:00
​Bakıda keçirilən Avropa çempionatının ilk yarımfinalçısı müəyyənləşib

Bakı. 14 may. REPORT.AZ/ 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının ilk yarımfinalçısı müəyyənləşib. "Report"un məlumatına görə, Portuqaliya yığması Avstriya üzərində böyük hesablı qələbə qazanıb.

Qarşılaşma portuqalların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xose Qomes oyunda het-trik edib. Mesake Dju və Migel Luis isə hərəyə bir dəfə fərqləniblər.

Portuqaliya yığmasının yarımfinaldakı rəqibi İsveç - Hollandiya matçının qalibi olacaq.

Qeyd edək ki, Portuqaliya qrup mərhələsində Azərbaycanla birgə mübarizə aparıb. Komanda A qrupunun lideri kimi 1/4 finala yüksəlib. 

Son xəbərlər

Orphus sistemi