​Bakıda keçirilən Avro-2016-nın bütün yarımfinalçıları müəyyənləşib

​Bakıda keçirilən Avro-2016-nın bütün yarımfinalçıları müəyyənləşib Son yarımfinalçı Hollandiya millisi olub
Futbol
15 May , 2016 22:07
​Bakıda keçirilən Avro-2016-nın bütün yarımfinalçıları müəyyənləşib

Bakı. 15 may. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında son yarımfinalçı da müəyyənləşib.

"Report"un məlumatına görə, bu, Hollandiya millisidir.

"Narıncılar" 1/4 finalda İsveçə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 62-ci dəqiqədə Tahit Çonq vurub.

Yarımfinalda Hollandiya Portuqaliya ilə qarşılaşacaq. Digər oyun Almaniya və İspaniya milliləri arasında olacaq. Hər iki matç mayın 18-də keçiriləcək.

Bu görüşlərin qalibləri mayın 21-də finalda üz-üzə gələcəklər.

Son xəbərlər

Orphus sistemi