Bakıda aerobika üzrə Avropa çempionatında ilk günə yekun vurulub

Bakıda aerobika üzrə Avropa çempionatında ilk günə yekun vurulub Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında ilk günə yekun vurulub.
Futbol
24 May , 2019 18:55
Bakıda aerobika üzrə Avropa çempionatında ilk günə yekun vurulub

Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında ilk günə yekun vurulub.

"Report" xəbər verir ki, ilk yarış günündə Azərbaycanın gənclərdən - Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatma Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifovadan ibarət qrup komandası aerodensdə qüvvəsini sınayıb.

Təsnifat mərhələsində 15.300 xal toplayan komanda 8-ci olub və Rusiya, Rumıniya, Macarıstan, İtaliya, Almaniya, Portuqaliya və İspaniya ilə birgə finala adlayıb.

Final mərhələsi mayın 26-da olacaq.

Qeyd edək ki, Avropa çempionatına mayın 26-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi