Bakı. 18 avqust. REPORT.AZ/ Küveyt Futbol Assosiasiyası hakimlərin Bakıda təlim-məşq toplanışı keçməsinə şərait yaradılması ilə bağlı AFFA-ya müraciət edib.
"Report"un məlumatına görə, müraciət əsasında bu gündən Bakı Olimpiya Stadionunda küveytli hakimlərin toplanışı başlayıb. Sentyabrın 6-dək davam edəcək toplanış müddətində məşqlər yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq.
Hazırlıq prosesinin yekununda test keçirilərək sertifikatlaşdırılma aparılacaq.