Bakı Olimpiya Stadionunda "Çelsi"yə kubok təqdim olunub - YENİLƏNİB - FOTO

Bakı Olimpiya Stadionunda "Çelsi"yə kubok təqdim olunub - YENİLƏNİB - FOTO Bakıda UEFA Avropa Liqasının finalçıları - İngiltərənin Çelsi və Arsenal komandalarının mükafatlandırma mərasimi keçirilib.
Futbol
30 May , 2019 01:16
Bakı Olimpiya Stadionunda Çelsiyə kubok təqdim olunub - YENİLƏNİB - FOTO

Bakıda UEFA Avropa Liqasının finalçıları - İngiltərənin "Çelsi" və "Arsenal" komandalarının mükafatlandırma mərasimi keçirilib.

"Report xəbər verir ki, qarşılaşmanın ardından təşkil olunan mükafatlandırmaya UEFA-nın rəhbəri Aleksander Çeferin, AFFA prezidenti Rövnəq Abdullayev və digər şəxslər qatılıblar.

Ənənəyə uyğun olaraq, əvvəlcə matçın hakimləri xatirə medallarını alıblar. Daha sonra "Arsenal" heyəti gümüş, "Çelsi" kollektivi isə qızıl medalla təltif olunub.

Avropa Liqasının kubokunu isə Çeferin "Çelsi"nin kapitanları Qari Keyhill və Sesar Aspilikuetaya təqdim edib.

Qeyd edək ki, final matçı "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Foto: Firi Səlim

Son xəbərlər

Orphus sistemi