Bakı Olimpiya Stadionu İtaliyanın rəngləri ilə işıqlandırıldı

Bakı Olimpiya Stadionu İtaliyanın rəngləri ilə işıqlandırıldı Bakı Olimpiya Stadionu (BOS) İtaliyanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
Futbol
12 İyul , 2021 13:11
Bakı Olimpiya Stadionu İtaliyanın rəngləri ilə işıqlandırıldı

Bakı Olimpiya Stadionu (BOS) İtaliyanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

BOS-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu addım İtaliya yığmasının Avropa çempionluğu münasibətilə atılıb. Stadion çempion ölkənin şərəfinə bu gecə yaşıl, ağ və qırmızı rənglərə boyanıb.

"Skuadra Adzurra" AVRO-2020-nin finalında İngiltərə millisini Londondakı "Uembli" stadionunda penaltilər seriyasında 3:2 hesabı ilə (əsas vaxt - 1:1, əlavə vaxt - 0:0) məğlub edib. Avropa çempionatı qitənin 11 şəhərində, o cümlədən, Bakıda təşkil olunub. "A" qrupundakı oyunlara BOS Romadakı "Olimpiko" stadionu ilə birlikdə ev sahibliyi edib.

Qeyd edək ki, BOS-dakı ilk futbol matçı məhz Azərbaycan və İtaliya yığmaları arasında olub. 15 oktyabr 2015-ci ildə baş tutmuş qarşılaşmanı 48 000-dək tamaşaçı izləyib. Görüş İtaliyanın qələbəsi ilə yekunlaşıb - 3:1.

Son xəbərlər

Orphus sistemi