"Bakı"nın sabiq baş məşqçisi "Atletiko"ya rəhbərlik etmək istəyir

"Bakı"nın sabiq baş məşqçisi "Atletiko"ya rəhbərlik etmək istəyir Bakının sabiq baş məşqçisi Milinko Pantiç İspaniya “Atletiko”sunun əsas komandasına rəhbərlik etmək istəyir.
Futbol
249
2 Aprel , 2020 13:11
Bakının sabiq baş məşqçisi Atletikoya rəhbərlik etmək istəyir

Bakının sabiq baş məşqçisi Milinko Pantiç İspaniya “Atletiko”sunun əsas komandasına rəhbərlik etmək istəyir.

“Report”un məlumatına görə, bu barədə 54 yaşlı mütəxəssis “Larazon” nəşrinə açıqlamasında bildirib. 

Serbiyalı baş məşqçi bunun böyük arzusu olduğunu söyləyib: “Bunun tez ya da gec olacağına əminəm. Mənim xəyalım dəyişməz olaraq qalır: “Atletiko”da baş məşqçi olmaq. Bu vaxtın gələcəyinə əminəm. İddialı insanam, gec və ya tez istəyimə çatacağam”.

Qeyd edək ki, Milinko Pantiç 2013/2014 mövsümündə “Bakı”ya rəhbərlik edib. O, 2011/2012 mövsümündə “Atletiko”nun əvəzedici komandasının baş məşqçisi olub. Mütəxəssis futbolçu olduğu dönəmdə İspaniya klubu ilə 1995/1996 mövsümündə La Liqa çempionu olub və ölkə kubokunu qazanıb. 

Son xəbərlər

Orphus sistemi