“Bakı” komandasının sabiq baş məşqçisi Latviya yığmasına rəhbərlik edəcək

“Bakı” komandasının sabiq baş məşqçisi Latviya yığmasına rəhbərlik edəcək Aleksandr Starkov 3-cü dəfə bu postu tutacaq
Futbol
19 Aprel , 2017 15:32
“Bakı” komandasının sabiq baş məşqçisi Latviya yığmasına rəhbərlik edəcək

Bakı. 19 aprel. REPORT.AZ/ Futbol üzrə Latviya milli komandasının baş məşqçi postunda dəyişiklik edilib. 

“Report”un Latviya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, martın sonlarında istefa vermiş Marian Paxarı Aleksandr Starkov əvəzləyib.

Ötən ilin fevralından yığmanın məşqçilər korpusunda yer alan 62 yaşlı mütəxəssis təyinatı barədə danışarkən bildirib ki, bu postu tutmaq üçün onun yetərincə bilik və təcrübəsi var. A.Starkovun sözlərin görə, yığma komandaya yerli mütəxəssis rəhbərlik etməlidir: “Bu, böyük şərəf və məsuliyyətdir. Hesab edirəm ki, milli komandaya yerli mütəxəssis rəhbərlik etməlidir. Müasir futbolda baş məşqçi dəyişiklikləri əvvəlkinin pis olmasına görə baş vermir. Bunu inkişaf üçün edirlər. Təklifi alandan sonra bir qədər düşündüm və qəbul etdim. Oyunçularla birlikdə bizdə hər şeyin alınacağına əminəm. Hesab edirəm ki, bu iş üçün yetərincə bilik və təcrübəm var”.

Qeyd edək ki, Aleksandr Starkov daha əvvəl 2 dəfə (2001 - 2004 və 2007 - 2013) Latviya yığmasının baş məşqçisi olub. Onun rəhbərlik etdiyi komanda 2004-cü il Avropa çempionatının final mərhələsində vəsiqə qazanıb. A.Starkov 2011-ci ilin yanvarından 2012-ci ilin martınadək “Bakı” klubunda baş məşqçi vəzifəsində çalışıb. Təcrübəli mütəxəssis uğursuz nəticələri ilə əlaqədar istefaya göndərilib.

Son xəbərlər

Orphus sistemi