Bakı klubundan ayrılan müdafiəçi Yunanıstanda çıxış edə bilər

Bakı klubundan ayrılan müdafiəçi Yunanıstanda çıxış edə bilər "Zirə" klubu ilə yollarını ayıran yunanıstanlı futbolçuAnastasios Papazoqlu karyerasını ölkəsində davam etdirə bilər.
Futbol
301
23 İyul , 2020 09:29
Bakı klubundan ayrılan müdafiəçi Yunanıstanda çıxış edə bilər

"Zirə" klubu ilə yollarını ayıran yunanıstanlı futbolçu Anastasios Papazoqlu karyerasını ölkəsində davam etdirə bilər. 

"Report" "Agriniotimes" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi Premyer Liqaya vəsiqə qazanan sabiq komandası "Apollon Smirnis"in diqqət mərkəzinə düşüb.  

Afina təmsilçisinin baş məşçqi Babis Tennesin bir neçə seçimi olduğu üçün Papazoqlunun keçidi ilə bağlı məsələ hələ ki, dondurulub. 

Qeyd edək ki, Anastasios Papazoqlu ötən mövsüm "Zirə"də oynayıb. O, 2017/2018 mövsümündə "Apollon Smirnis"in formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi