Bakı klubu daha bir futbolçusu ilə müqaviləni yenilədi

Bakı klubu daha bir futbolçusu ilə müqaviləni yenilədi "Səbail" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Futbol
411
20 İyul , 2020 13:20
Bakı klubu daha bir futbolçusu ilə müqaviləni yenilədi

"Səbail" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Adil Nağıyevlə də razılıq əldə edib. 

25 yaşlı müdafiəçi 2020/2021 mövsümündə də "Səbail"in formasını geyinəcək. 

Qeyd edək ki, "Səbail" daha əvvəl Orxan Qurbanlı, Bahadur Həziyev, Elçin Rəhimli və Peyman Keşavarzın müqaviləsini daha bir il artırıb. Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda Eltun Yaqublu, Şəhriyar Rəhimov və Maykl Essyenlə yollarını ayırıb. İcarə müddəti başa çatanlardan Fəhmin Muradbəyli "Neftçi"yə, Ruslan Hacıyev isə "Qarabağ"a qayıdıb. 

Son xəbərlər

Orphus sistemi