Bahodir Nasimov: "Cavab görüşündə 3:0 hesabı ilə qalib gəlməyi düşünürdük"

Bahodir Nasimov: "Cavab görüşündə 3:0 hesabı ilə qalib gəlməyi düşünürdük" Bakı. 20 iyul. REPORT.AZ/ Özümüz günahkarıq, başlanğıcda qol vurmalıydıq. İlh hissədə 2:0 olsaydı, bizə də rahat olardı. Sonradan fərqləndik deyə, irəli atılıb, qol buraxdıq.
Futbol
1173
20 İyul , 2018 01:13
Bahodir Nasimov: Cavab görüşündə 3:0 hesabı ilə qalib gəlməyi düşünürdük

Bakı. 20 iyul. REPORT.AZ/ "Özümüz günahkarıq, başlanğıcda qol vurmalıydıq. İlh hissədə 2:0 olsaydı, bizə də rahat olardı. Sonradan fərqləndik deyə, irəli atılıb, qol buraxdıq".

"Report" xəbər verir ki, bunu Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında Malta "Baltsa"nı üzərində 2:1 hesablı qələbdən sonra "Keşlə"nin futbolçusu Bahodir Nasimov deyib.

Özbəkistanlı hücumçu bildirib ki, səfərdə 1:4 hesabla uduzduqları üçün mübarizəni dayandırdıqlarına məyusdurlar: "Məqsədimiz Avropa Liqasının qrupuna düşmək idi. Amma uduzduq. Bundan sonra çempionata hazırlaşacağıq. Həyat davam edir. Bütün gücümüzü Azərbaycan çempionatına qoyacağıq. Cavab görüşündə 3:0 hesabı ilə qalib gəlməyi düşünürdük. Amma alınmadı. Çox sayda qol vəziyyətləri yaratdıq. Rəqib bir zərbə vurdu, o da qol oldu".

Nasimov "Keşlə"yə transferindən də danışıb: "Komandaya yeni qoşulmuşam. Tezliklə uyğunlaşmaq istəyirəm. Azərbaycana dönmüşəm. "Neftçi"dəki kimi özümü göstərməli, "Keşlə"yə kömək etməliyəm."

Son xəbərlər

Orphus sistemi