Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu "İnter"ə qarşı keçirib

Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu "İnter"ə qarşı keçirib Azərbaycan klubu qapısında iki qol görüb
Futbol
3 Oktyabr , 2014 15:22
Ağdamın Qarabağ klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu İnterə qarşı keçirib
Bakı. 3 oktyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tutun oyunları keçirilib. 

"Report" xəbər verir ki, F qrupunda çıxış edən Azərbaycanın "Qarabağ" (Ağdam) klubu səfərdə İtaliyanın "İnter" klubu ilə oynayıb. 

Hesabı 21-ci dəqiqədə "İnter"in oyunçusu Danilo D`Ambrozio açıb. O, Qarabağ" müdafiəçilərinin səhvindən istifadə edərək, cərimə meydançasından topu çərçivəyə göndərib. 

Matçda ikinci və sonuncu qolu 85-ci dəqiqədə Mauro İkardi vurub. Oyun bu hesabla başa çatıb.

Qrupda keçirilən digər matçda Fransanın "Sent-Etyen" klubu Ukraynanın "Dnepr" klubu ilə heç-heçə oynayıb: 0:0. 

Hazırda "İnter" 6 xalla F qrupuna liderlik edir, ikinci yerdə  "Sent-Etyen" (2 xal), üçüncü yerdə "Dnepr" (1 xal) qərarlaşıb. Ağdamın "Qarabağ" klubu 1 xalla dördüncü pillədə yer alıb. 

Son xəbərlər

Orphus sistemi