AzTU-da Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı görüş keçirilib

AzTU-da Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı görüş keçirilib Bakı. 17 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və müəllim heyəti ilə tədbirə hazırlıq məqsədi daşıyan görüş keçirilib.
Futbol
17 Dekabr , 2018 20:11
AzTU-da Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı görüş keçirilib

Bakı. 17 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və müəllim heyəti ilə tədbirə hazırlıq məqsədi daşıyan görüş keçirilib.

"Report" xəbər verir ki, 150-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqqında təqdimat nümayiş olunub. Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteers linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevral ayında müsahibəyə dəvət ediləcək.

Müsabiqədən keçən könüllülər üçün təlimlər növbəti ilin 1 aprel tarixindən etibarən – 18 may tarixinə kimi davam edəcək. Təlimlər, əsasən, 3 fərqli sahəni əhatə edəcək: Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq.

Qeydiyyatla bağlı sualları olan şəxslər [email protected] email ünvanına göndərə bilərlər. Könüllülər proqramı ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi