Azərbaycanlı referi Çempionlar Liqasının oyunlarını idarə edəcək

Azərbaycanlı referi Çempionlar Liqasının oyunlarını idarə edəcək Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxaq təyinat alıb.
Futbol
11 Avqust , 2021 15:07
Azərbaycanlı referi Çempionlar Liqasının oyunlarını idarə edəcək

Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxaq təyinat alıb.

"Report"un məlumatına görə, o, futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Avqustun 20-dən 25-dək davam edəcək matçlar Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq. Bu qrupda “Tirana”, “Haladaş” (Macarıstan), “Differdanj” (Lüksemburq) və “Utleira” (Norveç) komandaları mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi