Azərbaycanlı keçmiş futbolçu məşqçilik lisenziyası aldı

Azərbaycanlı keçmiş futbolçu məşqçilik lisenziyası aldı Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev məşqçilik kurslarını uğurla başa vurub.
Futbol
20 Avqust , 2020 22:10
Azərbaycanlı keçmiş futbolçu məşqçilik lisenziyası aldı

Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev məşqçilik kurslarını uğurla başa vurub.

"Report"un məlumatına görə, bu barədə o, özünün rəsmi "Instagram" səhifəsində paylaşım edib.

Sonuncu imtahanı verən veteran yarımmüdafiəçi "A" lisenziyası alıb.

Qeyd edək ki, Əliyev daha çox "Dinamo" (Kiyev), Moskvanın "Lokomotiv" və Mahaçqalanın "Anji" klublarındakı çıxışı ilə məşhurdur. Onun oynadığı son komanda Qazaxstan "Taraz"ı olub.

Son xəbərlər

Orphus sistemi