Azərbaycanlı hücumçu "Şalke"nin əsas komandasında debüt edə bilər

Azərbaycanlı hücumçu "Şalke"nin əsas komandasında debüt edə bilər Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniya "Şalke"sinin əsas komandasında debüt edə bilər
Futbol
4 Dekabr , 2021 09:54
Azərbaycanlı hücumçu Şalkenin əsas komandasında debüt edə bilər

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniya "Şalke"sinin əsas komandasında debüt edə bilər.

"Report"un məlumatına görə, səbəb Gelzenkirxen təmsilçisinin bir sıra aparıcı futbolçusunun sıradan çıxmasıdır.

Simon Toredde, Marius Bülter, Florian Flik, Yaroslav Mixaylov, Darko Çurlinov, Mark Jatkovski, Mixael Langer və Salif Sane zədəli olduqları üçün "Sankt-Pauli"yə qarşı II Bundesliqanın XVI tur matçını buraxacaqlar. Bu üzdən, baş məşqçi Dimitrios Qrammozis U-23-dən Dadaşovu, gənclər komandasında isə Keke Toppu əsas kollektivə cəlb edib.

Qeyd edək ki, bu gün keçiriləcək "Sankt-Pauli" - "Şalke" görüşü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi