Azərbaycanlı hakim Yunanıstan millisinin oyununa təyinat alıb

Azərbaycanlı hakim Yunanıstan millisinin oyununa təyinat alıb Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.
Futbol
22 Mart , 2022 13:24
Azərbaycanlı hakim Yunanıstan millisinin oyununa təyinat alıb

Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

"Report"un məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət milli Yunanıstan millisinin evdə Lixtenşteynə qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun baş hakimi olacaq.

Cabbarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, görüş martın 25-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi