Azərbaycanlı hakim-inspektor UEFA Kubokunun elit-raunduna təyinat alıb

Azərbaycanlı hakim-inspektor UEFA Kubokunun elit-raunduna təyinat alıb Murad Məmmədov C qrupunun oyunlarında iştirak edəcək
Futbol
21 Noyabr , 2016 14:38
Azərbaycanlı hakim-inspektor UEFA Kubokunun elit-raunduna təyinat alıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, M.Məmmədov futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinin C qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq. Bu qrupda İspaniyanın “İnter”, Çexiyanın “Xrudim”, Serbiyanın “Ekonomak” və Sloveniyanın “Brejye Maribor” komandaları yer alıb.

Oyunlar noyabrın 23 - 26-da Sloveniyanın Maribor şəhərindəki "Dvorana Tabor" arenasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi