Azərbaycanlı hakim-inspektor ilk dəfə beynəlxalq təyinat alıb

Azərbaycanlı hakim-inspektor ilk dəfə beynəlxalq təyinat alıb Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli beynəlxalq təyinat alıb.
Futbol
7 Yanvar , 2020 12:54
Azərbaycanlı hakim-inspektor ilk dəfə beynəlxalq təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli beynəlxalq təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, futzal üzrə AVRO-2022-nin ilkin seçmə mərhələsinin G qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. 

Bu qrupda Latviya, Danimarka və Estoniya milli komandaları mübarizə aparacaq. Oyunlar yanvarın 30-dan fevralın 1-dək Latviyada keçiriləcək.

Qeyd edək ki, bu, Elçin Səmədlinin hakim-inspektor kimi ilk beynəlxalq təyinatıdır. 

Son xəbərlər

Orphus sistemi