Azərbaycanlı hakim inspektor Avropa Liqası matçına təyinat alıb

Azərbaycanlı hakim inspektor Avropa Liqası matçına təyinat alıb Asim Xudiyev Gürcüstana yollanır
Futbol
3 İyul , 2017 11:23
Azərbaycanlı hakim inspektor Avropa Liqası matçına təyinat alıb

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev 2017-2018 mövsümündə ilk beynəlxalq təyinat alıb. 

"Report"un məlumatına görə,  Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kutaisi şəhərində keçiriləcək “Torpedo” (Gürcüstan) – “Trencin” (Slovakiya) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.

Qeyd edək ki, iyulun 6-da keçiriləcək oyunun hakimləri hələ açıqlanmayıb. İlk görüşdə "Trençin" 5:1 hesabı ilə qalib gəlib.  

Son xəbərlər

Orphus sistemi