Azərbaycanlı hakim İslandiya-Estoniya matçına təyinat alıb

Azərbaycanlı hakim İslandiya-Estoniya matçına təyinat alıb Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan təyinat alıb.
Futbol
3 Sentyabr , 2018 16:15
Azərbaycanlı hakim İslandiya-Estoniya matçına təyinat alıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan təyinat alıb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-cı qrupunda İslandiya-Estoniya oyununun baş hakimi olacaq. 

Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək İslandiya-Estoniya matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi