​Azərbaycanlı hakim Ermənistanın yığmasının oyunlarına təyinat alıb

​Azərbaycanlı hakim Ermənistanın yığmasının oyunlarına təyinat alıb FİFA referisi futzal üzrə dünya çempionatının seçmə qrup matçlarını idarə edəcək
Futbol
13 Oktyabr , 2015 10:54
​Azərbaycanlı hakim Ermənistanın yığmasının oyunlarına təyinat alıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Futzal üzrə FIFA referisi Yusif Nurullayev dünya çempionatının ilkin seçmə mərhələsinə təyinat alıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Y.Nurullayev 4-cü qrupda keçiriləcək oyunları idarə edəcək. Bu qrupda Kipr, Latviya, Ermənistan və Estoniya yığmaları yer alıb. 

Qeyd edək ki, oyunla oktyabrın 22-də, 23-də və 25-də Kiprdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi