Azərbaycanlı hakim dünya çempionatı üçün namizəd hakimlər siyahısında

Azərbaycanlı hakim dünya çempionatı üçün namizəd hakimlər siyahısında 24 referinin yer alacağı yekun siyahı 2021-ci ilin iyulunda açıqlanacaq
Futbol
28 Aprel , 2021 11:35
Azərbaycanlı hakim dünya çempionatı üçün namizəd hakimlər siyahısında
İnqilab Məmmədov

2021-ci ildə Rusiyada təşkil olunacaq çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək namizəd hakimlərin adları açıqlanıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 48 hakimin yer aldığı ilkin siyahıda çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədovun da adı var.

Qeyd edək ki, 24 referinin yer alacağı yekun siyahı 2021-ci ilin iyulunda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi