Azərbaycanlı futbolçunun komandası Ukrayna Premyer Liqasına qayıdır

Azərbaycanlı futbolçunun komandası Ukrayna Premyer Liqasına qayıdır Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" klubu Ukrayna Premyer Liqasına qayıda bilər.
Futbol
771
9 İyul , 2021 12:19
Azərbaycanlı futbolçunun komandası Ukrayna Premyer Liqasına qayıdır
Rüstəm Əhmədzadə

Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" klubu Ukrayna Premyer Liqasına qayıda bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna "Olimpik" komandasının maliyyə probleminə görə yüksək dəstəyə buraxılmaması səbəb olub.

Bu kollektivi ötən mövsümün sonunda aşağı liqaya düşən "Minay"ın əvəzləyəcəyi gözlənilir. Məsələ ilə bağlı danışan Əhmədzadə elitaya qayıdacaqları halda orada oynamağa layiq olduqlarını sübut edəcəklərini bildirib: "Komandanın güclənməsi üçün transfer bazarında ciddi işləmək lazımdır. Ümid edirəm ki, yeni mövsümə tam hazırlaşmaq üçün kifayət qədər vaxtımız olacaq".

21 yaşlı hücumçu "Munkaç"la son yoxlama matçını zədə səbəbindən buraxdığını söyləyib: "Yüngül zədəm var. Düşünürəm ki, gələn həftə tam proqram üzrə məşqlərə başlayıb oynaya biləcəyəm".

Qeyd edək ki, ötən mövsümün sonunda "Minay"dan ayrılan Azərbaycan millisinin digər futbolçusu Anatoli Nuriyev "Kolos"a keçib.

Son xəbərlər

Orphus sistemi