Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" komandası Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off matçına çıxıb.
"Report"un məlumatına görə, "Bodrumspor" səfərinə yollanan Bolu təmsilçisi 0:2 hesabı ilə məğlub olub.
Qarşılaşmaya start heyətində başlayan V.İsgəndərli 71-ci dəqiqədə yerini Hakan Bilgiçə verib.
Bu gün Azərbaycan millisinin digər üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor" isə "Çorum"la üz-üzə gələcək.
Qarşılaşma saat 21:00-da başlayacaq.