Azərbaycanlı futbolçular Ukrayna klubuna kömək edə bilməyəcək

Azərbaycanlı futbolçular Ukrayna klubuna kömək edə bilməyəcək Ukrayna "Minay"ında çıxış edən Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə evdə "İnqulets"ə qarşı keçirəcəkləri Premyer Liqanın XV tur matçını buraxacaq.
Futbol
279
20 Noyabr , 2021 11:43
Azərbaycanlı futbolçular Ukrayna klubuna kömək edə bilməyəcək

Ukrayna "Minay"ında çıxış edən Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə evdə "İnqulets"ə qarşı keçirəcəkləri Premyer Liqanın XV tur matçını buraxacaq.

"Report" Ujqorod təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 20 yaşlı hücumçunun cəzalı olmasıdır. Onunla yanaşı, digər azərbaycanlı oyunçu Eldar Quliyev də eyni səbəbdən qarşıdakı görüşdə iştirak edə bilməyəcək.

Qarşılaşma noyabrın 21-də gerçəkləşəcək.

Qeyd edək ki, "Minay" hazırda 8 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi