Azərbaycanlı futbolçu Yunanıstan klubu ilə müqavilə imzalayıb

Azərbaycanlı futbolçu Yunanıstan klubu ilə müqavilə imzalayıb Yarımmüdafiəçi 2.5 illik anlaşmaya qol çəkib
Futbol
1664
11 Yanvar , 2017 14:29
Azərbaycanlı futbolçu Yunanıstan klubu ilə müqavilə imzalayıb

Bakı. 11 yanvar. REPORT.AZ/ "Sumqayıt" klubunun futbolçusu Amit Quluzadə Yunanıstan Super Liqasında çıxış edən AEL-lə müqavilə imzalayıb. 

"Report"un məlumatına görə, bu barədə yarımmüdafiəçinin özü sosial şəbəkədə bildirib.

İyirmi beş yaşlı futbolçu Larrisa tamsilçisi ilə 2.5 illik müqavilə imzaladığını açıqlayıb. Komanda 14 turdan sonra 13 xalla 13-cü pillədədir.

Qeyd edək ki, Amit Quluzadə karyerası ərzində Azərbaycanın "Neftçi", "Rəvan", "Qəbələ", Türkiyənin "Ərciyyəspor" və Portuqaliyanın "Atletiko" klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi