Azərbaycanlı futbolçunun Yunanıstan klubuna keçidi rəsmiləşir

Azərbaycanlı futbolçunun Yunanıstan klubuna keçidi rəsmiləşir "Səbail"in futbolçusu Turan Manafovun Yunanıstanın "Olimpiakos Volos" klubuna transferi rəsmiləşir.
Futbol
14 Yanvar , 2022 11:12
Azərbaycanlı futbolçunun Yunanıstan klubuna keçidi rəsmiləşir

"Səbail"in futbolçusu Turan Manafovun Yunanıstanın "Olimpiakos Volos" klubuna transferi rəsmiləşir.

"Report" "Taxydromos" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisi viza problemini həll edərək Yunanıstana yola düşüb.

O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edib. 2-ci liqada mübarizə aparan "Olimpiakos Volos" 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi