Azərbaycanlı futbolçu Ukrayna millisinə dəvət alıb

Azərbaycanlı futbolçu Ukrayna millisinə dəvət alıb Ukraynanın "Minay" klubunda çıxış edən azərbaycanlı futbolçu Eldar Quliyev bu ölkənin U-21 yığmasına çağırılıb.
Futbol
4 Noyabr , 2021 01:35
Azərbaycanlı futbolçu Ukrayna millisinə dəvət alıb

Ukraynanın "Minay" klubunda çıxış edən azərbaycanlı futbolçu Eldar Quliyev bu ölkənin U-21 yığmasına çağırılıb.

"Report" Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ruslan Rotanın Şimali Makedoniya və Serbiya ilə 2023-cü il Avropa çempionatının seçmə matçları üçün açıqladığı siyahıda 19 yaşlı yarımmüdafiəçi də var.

Lakin gənc futbolçunun adı hələlik ehtiyat siyahıya salınıb.

Qeyd edək ki, Eldar Quliyev Azərbaycan millisinə namizəd futbolçulardan hesab olunur.

Son xəbərlər

Orphus sistemi