Azərbaycanlı futbolçu Ukrayna klubunda ilk qollarını vurub

Azərbaycanlı futbolçu Ukrayna klubunda ilk qollarını vurub Ukraynanın "Aleksandriya" klubunda çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev əsas komandanın heyətində dubl edib
Futbol
535
27 Oktyabr , 2021 12:18
Azərbaycanlı futbolçu Ukrayna klubunda ilk qollarını vurub

Ukraynanın "Aleksandriya" klubunda çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev əsas komandanın heyətində ilk qollarını vurub.

"Report"un məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi "Metallist 1925" komandasını 5:2 hesabı ilə məğlub etdiklləri Ukrayna Kubokunun 1/8 final oyununda dubl edib.

Mustafayev 24-cü və 29-cu dəqiqələrdə komandasının ilk iki qolunun müəllifi olub. Gənc oyunçu yerli mətbuata açıqlamasında emosiyalarını sözlə ifadə edə bilmədiyini söyləyib: "Hazırda hisslərimi təsvir etmək çətindir. Bunlar əsas komandada ilk qollarımdır. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, 2018-ci ildən "Aleksandriya"nın şərəfini qoruyan Emil Mustafayev əsas komandada 3 oyunda meydanda olub.

Son xəbərlər

Orphus sistemi