Azərbaycanlı futbolçu Türkiyədə növbəti qolunu vurub

Azərbaycanlı futbolçu Türkiyədə növbəti qolunu vurub Azərbaycanlı futbolçu Vüsal İsgəndərli çıxış etdiyi Türkiyənin "Keçiörengücü" komandasında növbəti qolunu vurub.
Futbol
18 Dekabr , 2021 17:19
Azərbaycanlı futbolçu Türkiyədə növbəti qolunu vurub

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli çıxış etdiyi Türkiyənin "Keçiörengücü" komandasında növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi evdə "Erzurumspor"la 3:3 hesablı heç-heçə etdikləri I liqanın XVII tur matçında fərqlənib.

Fasilədən sonra meydana daxil olan oyunçu görüşün əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə rəqib qapısına yol taparaq, komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, bu, Vüsal İsgəndərlinin "Keçiörengücü" klubunda 4-cü qoludur.

Son xəbərlər

Orphus sistemi