Azərbaycanlı futbolçu Türkiyə klubu ilə müqaviləni pozub

Azərbaycanlı futbolçu Türkiyə klubu ilə müqaviləni pozub Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin "Keçiörengücü" klubu ilə yollarını rəsmən ayırıb.
Futbol
21 May , 2022 14:17
Azərbaycanlı futbolçu Türkiyə klubu ilə müqaviləni pozub

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin "Keçiörengücü" klubu ilə yollarını rəsmən ayırıb.

Bu barədə "Report"a 27 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

Oyunçu müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini söyləyib. İsgəndərli Ankara təmsilçisinin ona borcunun qalmadığını və məvacibinin hamısının ödənildiyini vurğulayıb.

Yarımmüdafiəçi Türkiyə və Azərbaycan klublarından təklif aldığını və yaxın günlərdə karyerası ilə bağlı qərar verəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Vüsal İsgəndərli 2021-ci ilin yayında "Keçiörengücü" ilə 3 illik sözləşmə imzalamışdı.

Son xəbərlər

Orphus sistemi