Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında məhsuldar ötürmə edib - VİDEO

Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında məhsuldar ötürmə edib - VİDEO Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi Rusiyanın Rostov klubu Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.
Futbol
136
17 Sentyabr , 2018 20:50
Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında məhsuldar ötürmə edib  - VİDEO

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi Rusiyanın "Rostov" klubu Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. 

"Report" xəbər verir ki, komanda 7-ci turda səfərdə "Ural"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 

Matça start heyətdə başlayan A.Quliyev sona qədər meydanda olub. 22 yaşlı yarımmüdafiəçi görüşün 49-cu dəqiqəsində "Rostov"un vurduğu qolda məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, bu nəticədən sonra "Rostov" 14 xalla ikinci pillədə qərarlaşıb. "Ural" isə 5 xalla 14-cüdür.   

Son xəbərlər

Orphus sistemi