Aleksandr Səmədov Rusiya komandaları üçün FIFA-ya müraciət edənlərə qoşulub

Aleksandr Səmədov Rusiya komandaları üçün FIFA-ya müraciət edənlərə qoşulub Rusiya Futbol Veteranları İttifaqı FIFA və UEFA-ya açıq məktub göndərib.
Futbol
14 Mart , 2022 17:36
Aleksandr Səmədov Rusiya komandaları üçün FIFA-ya müraciət edənlərə qoşulub

Rusiya Futbol Veteranları İttifaqı FIFA və UEFA-ya açıq məktub göndərib.

"Report" xəbər verir ki, veteran futbolçular Ukraynadakı müharibə ilə əlaqədar milli komandaların və yerli klubların beynəlxalq yarışlardan kənarlaşdırılması qərarının ləğvini xahiş ediblər.

Məktubu imzalayanlar arasında əslən azərbaycanlı sabiq yarımmüdafiəçi Aleksandr Səmədov da var. Siyahıda həmçinin Stanislav Çerçesov, Oleq Romantsev, Dmitri Aleniçev, Rinat Dasayev və Yeqor Titov kimi tanınmış futbolçular yer alıb.

Qeyd edək ki, Aleksandr Səmədov karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında, həmçinin "Krılya Sovetov” komandasının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi