Azərbaycanlı futbolçu Moldova klubuna keçib

Azərbaycanlı futbolçu Moldova klubuna keçib Azərbaycanlı futbolçu Amit Quluzadənin yeni klubu bəlli olub.
Futbol
25 iyun 2020 14:03
Azərbaycanlı futbolçu Moldova klubuna keçib

Azərbaycanlı futbolçu Amit Quluzadənin yeni klubu bəlli olub. 

"Report" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bu barədə "Facebook"da paylaşım edib.

Quluzadə karyerasını Moldovada "Milsami" klubunda davam etdirəcəyini açıqlayıb. 

Qeyd edək ki, Amit Quluzadə son olaraq 2019-cu ildə Bosniya və Herseqovinanın "Çelik" klubunda oynayıb. O, karyerası ərzində "Neftçi", "Sumqayıt" və "Qəbələ" klublarının, həmçinin 3 dəfə Azərbaycan millisinin formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi