Azərbaycanlı futbolçu Estoniya Kubokunu qazana bilmədi

Azərbaycanlı futbolçu Estoniya Kubokunu qazana bilmədi "Narva Trans"ın qolunu vaxtilə "Xəzər Lənkəran", AZAL və "Zirə"də çıxış etmiş Sadio Tounkara vurub
Futbol
442
4 İyul , 2020 20:04
Azərbaycanlı futbolçu Estoniya Kubokunu qazana bilmədi

Futbol üzrə Estoniya Kubokunda final oyunu keçirilib. 

"Report"un məlumatına görə, həlledici görüşdə "Flora" və "Narva Trans" komandaları üz-üzə gəlib. Tallindəki "A. Le Kok Arena"da təşkil olunmuş qarşılaşma "Flora"nın qələbəsi ilə yekunlaşıb - 2:1.

"Narva Trans"ın qolunu vaxtilə "Xəzər Lənkəran", AZAL və "Zirə"də çıxış etmiş Sadio Tounkara vurub. Malili cinah oyunçusunun azərbaycanlı komanda yoldaşı Nurlan Novruzov isə meydana 70-ci dəqiqədə daxil olub və 86-cı dəqiqədə sarı vərəqə alıb.  

Qeyd edək ki, "Flora" tarixində 8-ci dəfə Estoniya Kubokuna sahib olub.