Azərbaycan millisinin futbolçusu Portuqaliya çempionatında qol vurub

Azərbaycan millisinin futbolçusu Portuqaliya çempionatında qol vurub Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Tondela"nın heyətində Portuqaliya çempionatında ilk qolunu vurub
Futbol
21 Sentyabr , 2021 09:11
Azərbaycan millisinin futbolçusu Portuqaliya çempionatında qol vurub

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Tondela"nın heyətində Portuqaliya çempionatında ilk qolunu vurub.

"Report"un məlumatına görə, 22 yaşlı hücumçu "Braqa"ya 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur oyununda fərqlənib.

Dadaşov komandasının yeganə qoluna 86-cı dəqiqədə imza atıb.

Qeyd edək ki, "Tondela" 6 oyundan sonra 3 xalla 16-cı, "Braqa" isə 11 xalla 5-ci pillədə qərarlaşıb. Müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsus olan Renat Dadaşov icarə əsasında Portuqaliya təmsilçisində çıxış edir.

Son xəbərlər

Orphus sistemi