Azərbaycanlı funksioner Dünya Minifutbol Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib

Azərbaycanlı funksioner Dünya Minifutbol Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan Minifutbol Federasiyasının (AMF) sədri Elxan Əsədov Dünya Minifutbol Federasiyasının (WFM) İcraiyyə Komitəsinə üzv seçilib.
Futbol
16 Avqust , 2018 16:49
Azərbaycanlı funksioner Dünya Minifutbol Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan Minifutbol Federasiyasının (AMF) sədri Elxan Əsədov Dünya Minifutbol Federasiyasının (WFM) İcraiyyə Komitəsinə üzv seçilib.

“Report” xəbər verir ki, bu, qurumun Ukraynanın paytaxtı Kiyevdə keçirilən Baş Assambleyasının iclasında baş verib.

Tədbirdə bir sıra qərarlar qəbul olunub, təşkilatı məsələlərə baxılıb. E.Əsədovun namizədliyi müsbət dəyərləndirilib və o, səs çoxluğu ilə İcraiyyə Komitəsi üzvləri sırasına daxil edilib. Onunla yanaşı, ABŞ-dan Kevin Milliken və Bolqarıstandan Borislav Aleksandrov da komitədə yer alacaqlar.

Qeyd edək ki, Azərbaycanın futbol tarixində ilk dəfə belə yüksək posta seçilən Elxan Əsədov beynəlxalq futbol oyunlarının təşkilində böyük təcrübəyə malikdır. O daha öncə WFM-in İcraiyyə Komitəsinin qərarı ilə qurumun Yarışların Təşkili Komitəsinin sədri vəzifəsinə təyin olunub. 

Son xəbərlər

Orphus sistemi