Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb

Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb “Vitoriya Gimaraynş” – “Zalsburq” görüşünü Əliyar Ağayev idarə edəcək
Futbol
11 Sentyabr , 2017 14:59
Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Vitoriya Gimaraynş” (Portuqaliya) – “Zalsburq” (Avstriya) görüşünü azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

“Report” xəbər verir ki, görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimin əlavə köməkçiləri, Mübariz Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, matç sentyabrın 14-də “Afonsu Enrikiş” stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi