Azərbaycanlı bloqqer: "Məşqçi valideynə dedi ki, gəl mənim yerimə keç"

Azərbaycanlı bloqqer: "Məşqçi valideynə dedi ki, gəl mənim yerimə keç" "Meydanda valideynin yox, məşqçinin sözü keçməlidir".
Futbol
14 Mart , 2022 16:11
Azərbaycanlı bloqqer: Məşqçi valideynə dedi ki, gəl mənim yerimə keç

"Meydanda valideynin yox, məşqçinin sözü keçməlidir".

Bunu "Report"a müsahibəsində uşaq liqaları üzrə video-bloqqer Heydər Əliyev uşaq futbolundakı problemlər barədə danışarkən deyib.

O bildirib ki, bəzi məşqçilər valideynlərin kənardan oyuna müdaxiləsindən narazıdırlar: "Bunun dəfələrlə şahidi olmuşam. Amma valideynləri də başa düşürəm. Hər kəsə öz övladı əzizdir, şirindir. Bu səbəbdən, onların daha da inkişaf etməsini istəyirlər. Lakin bu da doğru deyil. Meydanda futbolçuları idarə edən məşqçi var. Oyunçular məşqçiyə qulaq asmalıdırlar. Hətta bir dəfə liqaların birində məşqçi əsəbiləşmişdi. Valideyn ayrı, mütəxəssis isə ayrı söz deyirdi. Məşqçi valideynə "Siz gəlin mənim yerimə keçin, mən də azarkeş kimi oyunu izləyim" dedi (gülür). Məşqçi nəyi tapşırıbsa, uşaqlar da onu yerinə yetirməlidirlər".

Əliyevin sözlərinə görə, uşaqların oynadığı bəzi meydançalar yaxşı vəziyyətdə deyil: "U-14 liqasında çıxış edən uşaqlar mənə müraciət ediblər ki, bəs, qumun içərisində oynayırıq. Özüm də stadiona ayaq basanda bunun şahidi oluram. Söhbət "Dalğa Arena"nın ikinci meydançasından gedir. Buna görə çox üzülürəm. İnanıram ki, problem tezliklə aradan qalxar. Futbolçular təbii otda oynamalıdırlar".

Heydər Əliyevin müsahibəsini ətraflı şəkildə buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi