Azərbaycanlı baş məşqçi Avropa Super Liqasına qarşı çıxdı

Azərbaycanlı baş məşqçi Avropa Super Liqasına qarşı çıxdı "Bu, Avropada futbolun sonu ola bilər"
Futbol
434
19 Aprel , 2021 15:23
Azərbaycanlı baş məşqçi Avropa Super Liqasına qarşı çıxdı
Ayxan Abbasov

"Hər işin qaydası, qanunu var. Kimsə çıxıb bir ölkə yaratmaq istəsə, onu qoymurlar. Ona görə də hansısa böyük klub nə isə etmək istəyirsə, düzgün deyil".

Bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində Avropa Super Liqasının yaradılma məsələsi barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis bildirib ki, belə bir turnirin təsis edilməsi Avropada futbolun sonu ola bilər: "Düşünürəm ki, pandemiya klublara mənfi təsir edib. Gəlirlər aşağı düşür, futbolçuları saxlaya bilmirlər. Yəqin ki, ortaq məxrəcə gələcəklər. FIFA və UEFA buna imkan verməz. Bu, Avropada futbolun sonu ola bilər".

Abbasov bu ideyanın Azərbaycan klublarına mümkün təsirlərindən də söz açıb: "Bizim kimi klublar üçün UEFA-dan gələn gəlir önəmlidir. Bu yolla büdcəmizi artırırıq. Bu, həm də klubların yaşaması üçün önəmlidir. Qayda-qanun normaldır. Bunu bir gündə kiminsə dəyişməsinə imkan verməzlər".

Son xəbərlər

Orphus sistemi