Azərbaycanla oyun üçün Macarıstan millisinə yeni oyunçu dəvət olunub

Azərbaycanla oyun üçün Macarıstan millisinə yeni oyunçu dəvət olunub Macarıstan milli komandasının Xorvatiya və Azərbaycan yığmaları ilə AVRO-2020-nin seçmə oyunları üçün açıqlanmış heyətinə yeni futbolçu əlavə olunub.
Futbol
3 Oktyabr , 2019 12:30
Azərbaycanla oyun üçün Macarıstan millisinə yeni oyunçu dəvət olunub

Macarıstan milli komandasının Xorvatiya və Azərbaycan yığmaları ilə AVRO-2020-nin seçmə oyunları üçün açıqlanmış heyətinə yeni futbolçu əlavə olunub.

"Report"un məlumatına görə, baş məşqçi Marko Rossi Slovakiyanın "Dunayska Streda" klubunun yarımmüdafiəçisi Mate Vidaya da dəvət göndərib. 23 yaşlı yarımmüdafiəçi milliyə mümkün problemləri önləmək üçün çağırılıb. Xorvatiya ilə 10 oktyabr qarşılaşmasında Botond Barat və Adam Nad cəza səbəbindən oynamayacaq. Balaş Cucak, Dominik Soboslai, Mihay Korkut və Mate Patkai isə yenə sarı vərəqə alsa, Azərbaycanla matçı buraxmalı olacaq.

İtaliyalı mütəxəssisin fikrincə, futbolda risklə yanaşı, təhlükəsiz tədbirləri də vacibdir: "Ola bilsin, 26 futbolçu bizə bəs edər. Amma birdən Azərbaycanla qarşılaşmada yarımmüdafiəçimiz çatışmasa, kiməsə zəng etmək lazım gələcək. Bundan yayınmaq üçün Vidanın bizimlə olmasını, oyun və taktikamızı maksimum öyrənməkdən ötrü ilk məşqdən hazırlıqda iştirak etməsini məqsədəuyğun saydım".

Qeyd edək ki, Macarıstan millisi oktyabrın 6-da bir araya gələcək. Xorvatiya ilə qarşılaşma oktyabrın 10-da Splitdə, Azərbaycanla görüş isə oktyabrın 13-də Budapeştdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi